“Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də görkəmli oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə “Azərbaycanda oftolmologiya elminin inkişafında Zərifə xanım Əliyevanın rolu” mövzusunda tədbir keçiril



“Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də görkəmli oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə “Azərbaycanda oftolmologiya elminin inkişafında Zərifə xanım Əliyevanın rolu” mövzusunda tədbir keçirilmişdir.

Salyan rayon İcra Hakimiyyətinin və “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin birgə təşkilatçılığı ilə görkəmli oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə “Azərbaycanda oftolmologiya elminin inkişafında Zərifə xanım Əliyevanın rolu” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açmışdır. Tədbirdə Salyan rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru Şirinxanım Səmədova, Salyan RMX-nın Poliklinika şöbəsinin müdiri oftolmoloq-həkim Tünzalə Əsədova və Salyan RMX-nın Ailə Sağlamlıq Mərkəzinin həkimi Sevinc Dadaşova çıxış edərək Zərifə xanım Əliyevanın Azərbaycanda oftolmologiya elminin inkişafındakı əvəzsiz xidmətlərini və onun adını daim qəlblərdə yaşayacağını qeyd etmişlər. Tədbirin sonunda görkəmli alimin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunmuş, YAP sıralarına yeni qəbul olunmuş 1 qrup səhiyyə işçisinə üzvlük vəsiqələri təqdim edilmişdir.
















Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti fərdi qəbulu həyata keçirilib


Qəbulda Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Həətmov, RİH başçısı aparatının şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri də iştirak edib. Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilmişdir.







Популярный ролик