
Suraxanı rayonunda “Ərazi Məşğulluq Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi” mövzusunda müşavirə keçirilib

Suraxanı Rayon İcra Hakimiyyətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2020-ci il tarixli 1816 nömrəli “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən, Tədbirlər Planından irəli gələn müvafiq yarımbəndlərin icrası və 2023-ci ilin may ayı ərzində Suraxanı rayonunda məşğulluğun təmin edilməsi və qeyri-formal məşğulluğun aradan qaldırılması vəziyyəti barədə və “Ərazi Məşğulluq Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi” mövzusunda müşavirə keçirilib.
Müşavirədə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Suraxanı Rayonunda Məşğulluğa kömək göstərən Əlaqələndirmə komitəsinin sədri Rəşad Hacıyev, Bakı Regional Məşğulluq Filialının Təhlil və tərəfdaşlar şöbəsinin müdiri Mehriban Əliyeva, Bakı Regional Məşğulluq Filialının əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, qəsəbə bələdiyyələrinin sədrləri, rayonun idarə və müəssisələrinin rəhbər şəxsləri iştirak ediblər.






Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzini ziyarət edib

Mayın 19-da Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “D” yaşayış sahəsində yerləşən 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzini ziyarət edib və sağlamlıq imkanları məhdud uşaqların tibbi, sosial, tədris-peşə reabilitasiyasının həyata keçirildiyi sözügedən Reabilitasiya Mərkəzinin xidmətləri ilə tanış olub.
Bildirilib ki, mərkəz müasir diaqnostika aparatları və avadanlıqları ilə təchiz edilib. Bunlara ən müasir rentgen aparatı, elektroensefaloqrafiya aparatı, elektrokardioqrafiya aparatı, elektromioqraf aparatı, ultrasəslə müayinə aparatı, spiroqraf, çoxlu sayda fizioterapevtik avadanlıqlar, müalicəvi vannalar, müxtəlif idman qurğuları və s. göstərmək olar.
Mərkəzin məqsədi tibbi, sosial, tədris-peşə reabilitasiya tədbirlərinin aparılması yolu ilə sağlamlıq imkanları məhdud uşaqların sosial stasunun bərpa edilməsini və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Mərkəzin əsas vəzifə və funksiyaları sağlamlıq imkanları məhdud uşaqların tibbi, psixoloji, tədris-peşə diaqnostikasını təyin etmək, onların reabilitasiya potensialını təyin etmək, tibbi, sosial, tədris-peşə reabilitasiyasını həyata keçirmək, həmçinin, onların şəxsiyətinin korreksiyası məqsədi ilə kompleks psixoloji, pedaqoji tədbirlərin həyata keçirilməsidir.














Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “D” yaşayış sahəsində sakinlərlə görüşüb

Mayın 19-da Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “D” yaşayış sahəsində sakinlərlə görüşüb.
Ötən gün 290 nömrəli tam orta məktəbdə keçirilən səyyar görüş zamanı qəsəbə sakinləri tərəfindən qaldırılan bir sıra məsələlərin yerində araşdırılması məqsədi ilə RİH başçısı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri ilə birgə sakinlərlə görüşüb və müraciətlərin həlli məqsədilə lazimi tədbirlərin görülməsi üçün tapşırıqlarını verib.
Sakinlər rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinə görə ölkə başçımız cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.







Suraxanı Şahmat Məktəbində Vətən müharibəsinin şəhidi Kazımlı Mürsəl Kamil oğlunun xatirəsinə həsr olunmuş şahmat üzrə xatirə turniri keçirilib

Mayın 19-da Suraxanı Şahmat Məktəbində Vətən müharibəsinin şəhidi Kazımlı Mürsəl Kamil oğlunun xatirəsinə həsr olunmuş şahmat üzrə rayon məktəblilərinin komandaları arasında xatirə turniri keçirilib.
Turnirdə Şəhidimizin atası Kamil Kazımov, Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, RİHB-nin müavini Könül Axundova və digər qonaqlar iştirak ediblər.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turnir iştirakçılarını salamlayan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov onlara uğurlar diləyib və bu kimi turnirlərin əhəmiyyətindən danışaraq ərazi bütövlüyümüz uğrunda şəhid olmuş həmvətənlərimizin xatirələrinin əbədiləşdirilməsi, gənc nəslin vətənpərvər ruhda böyüməsinin əhəmiyyətini turnir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Milli Məclisin deputatı Etibar Əliyev və Şəhidimizin atası Kamil Kazımov da çıxış edərək Vətən yolunda canlarını qurban vermiş şəhidlərimizin qəhrəmanlığının gənclərimiz üçün örnək olduğunu və onların qəlbimizdə əbədi taxt qurduqlarını bildiriblər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov turnirdən xatirə diplomunu Şəhidin atası Kamil Kazımova təqdim etdikdən sonra turnirə start verilib.
Qeyd edək ki, gərgin və maraqlı keçən oyunların sonunda
l-yerə 279 nömrəli tam orta məktəbin,
ll -yerə S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın,
lll- yerə isə 285 nömrəli tam orta məktəbin komandası layiq görülüblər.
Turnirdə iştirak edən və qalib gələn məktəbliləri təbrik edirik.









