Göyçayda Şəhid Elnur Məhərrəmovun ad günü qeyd olundu

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Məhərrəmov Elnur Nərbala oğlunun ad günü Şəkər kəndində şəhidin məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hikmət Süleymanov, rayon İcra Hakimiyyətin başçısının Şəkər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Babək Əliyev, şəhidin ailə üzvləri və kənd sakinləri iştirak ediblər.
Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Qeyd edək ki, şəhid Məhərrəmov Elnur Nərbala oğlu 18.05.2001-ci il tarixdə Göyçay rayonunun Şəkər kəndində anadan olmuşdur. 15 sentyabr 2022-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhramancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir.

Göyçayda “Heydər Əliyev və Muzeylərimiz” adlı tədbir keçirildi

Göyçay şəhərində “Heydər Əliyev İli” çərçivəsində Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “Heydər Əliyev və Muzeylərimiz” adlı tədbir keçirilib.
Tədbirdə Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Rafiq İsgəndərov, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Göyçay rayon İcra Hakimiyyətinin müavini Zivər Zeynalova, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Rafiq İsgəndərov, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov və Göyçay Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülçin Babayeva çıxış edərək muzey işçilərini Beynəlxalq Muzeylər Günü münasibətilə təbrik ediblər, muzeylərin fəaliyyət göstərməsinin cəmiyyətimizin inkişafında xüsusi çəkisi olduğunu vurğulayıblar.
Tədbirdə qeyd olunub ki, hər il müxtəlif başlıqlarla keçirilən Muzeylər Gününün Heydər Əliyevin ilində qeyd olunması xüsusi önəm kəsb edir. Hər bir sahəyə diqqətlə yanaşan ümummilli liderin təşəbbüsü və dəstəyi ilə regionlarda Tarix Diyarşünaslıq muzeyləri, görkəmli şəxslərin ev muzeyləri yaradılmışdır. Azərbaycanda muzey işi sahəsində görülən işlər, həyata keçirilən islahatlar Ulu Öndərin adı ilə sıx bağlıdır. Muzeylərdə maraqlı eksponatların nümayiş olunması və müxtəlif mədəni tədbirlərin keçirilməsi gənc nəslə öz tarixini daha dərindən öyrənməsinə şərait yaradır.
Sonra Göyçay Mədəniyyət Mərkəzinin əməkdaşlarının iştirakı ilə konsert proqramı təşkil olunub, məktəblilərin və məktəbəqədər müəssisələrin körpə fidanlarının ifasında vətənpərvərlik şeirləri səsləndirilib.
Tədbirin sonunda qonaqlar muzeydə sərgilənən eksponatlara baxış keçiriblər.










Göyçay rayonunda “Heydər Əliyev və Azərbaycan folkloru” mövzusunda elmi sessiya keçirildi

Yeni Azərbaycan partiyası Göyçay rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan folkloru” mövzusunda elmi sessiya keçirildi.
Tədbirdə iştirakçıları Yeni Azərbaycan partiyası Göyçay rayon təşkilatının inzibati binasının foyesində Ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Atəş Əhmədli, Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov və rayon ziyalıları tədbirdə iştirak ediblər.
Elmi sessiyanı giriş sözü ilə açan Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova qeyd edib ki, Ümummilli liderimizin yüksək idarəçilik təcrübəsinin nəticəsidir ki, Heydər Əliyev bütün sahələrin inkişafına böyük diqqət yetirirdi. Azərbaycanda folklor nümunələrinin qorunub saxlanılması, araşdırılması, qorunması, mövcud problemlərin həlli ilə bağlı imzalanmış “Azərbaycan folklor nümunələrinin hüquqi qorunması haqqında” sərəncamı Azərbaycanın mədəni irsinin tərkib hissəsi olan folklor sahəsinə göstərilən böyük diqqətin nümunəsidir.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov “Heydər Əliyev və Azərbaycan dövlətçiliyinin mənəvi əsasları”, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov “Azərbaycan dövlət simvollarındakı astral işarələrin folklor semantikası”, “Göyçay” qəzetinin baş redaktoru, Respublikanın Əməkdar müəllimi Adil Məmmədov “Folklorşünaslığımıza yeni töhfə”, filologiya üzrə fəlsəfə doktoru Əkbər Əliyev “Göyçay folkloru: problemlər və perspektivlər” və Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Atəş Əhmədli “Müstəqilliyimizin bərpasından sonrakı dönəmdə Azərbaycan folklorunun toplanması və nəşri məsələləri” mövzusunda məruzələr dinlənilib.
“Heydər Əliyev ili”ndə “Göyçay folklor örnəkləri” kitabının işıq üzü görməsini və göyçaylılara təqdim edilməsini tədbir iştirakçıları ən böyük tövhə kimi qəbul etmiş, kitabın hazırlanmasında əziyyəti olan hər kəsə dərin minnətdarlıqlarını bildiriblər.












Xalq şairi Rəsul Rzanın anadan olmasının 113 illiyi ilə əlaqdar “Çinar ömürlü şair” adlı tədbir keçirilib

19 may 2023-cü il tarixində xalq şairi Rəsul Rzanın anadan olmasının 113 illiyi ilə əlaqədar ev muzeyində “Çinar ömürlü şair” adlı tədbir keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Atəş Əhmədli, Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Rafiq İsgəndərov və rayon ziyalıları tədbirdə iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Solmaz Həsənova xalq şairi Rəsul Rzanın Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olduğunu vurğulayıb. Milli söz sənətimizə yeni forma və ruh gətirmiş novator şairi olduğunu qeyd edib. Uzun illər çox dəyərli ədəbi nümunələr yaratmaqla yanaşı, respublikanın elmi-mədəni həyatında da yaxından iştirak etdiyini diqqətə çatdırıb.
“Göyçay” qəzetinin redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, respublikanın Əməkdar müəllimi Adil Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Rafiq İsgəndərov çıxış edərək şairin həyat və yaradıcılıq yoluna nəzər salıblar, onun Azərbaycan dilinin poetik potensialının yeni-yeni imkanlarını üzə çıxardığını vurğulayıblar. Rəsul Rzanın yüksək dəyərli bədii nümunələr yaratmaqla yanaşı, respublikamızın elmi-mədəni həyatında dolğun və səmərəli ictimai fəaliyyəti ilə tanındığını bildiriblər.
Göyçay Mədəniyyət Mərkəzinin və məktəblilərin ifasında R.Rzanın şerləri və sözlərinə yazılan mahnılar səsləndirilib, muzeyə baxış keçirilib








