“Medistyle Hospital” ən etibarlı, ən güvənli səhiyyə müəssisələrindəndir
- 31.10.2023, 15:29,
- Səhiyyə
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan MediStyle Hospitalının direktoru Dr. Samir Abbasov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Dr. Samir Abbasov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.“Medistyle Hospital” tibbi yenilikləri daim izləyən və tətbiq edən, həmçinin son nəsil texnoloji təchizatlı bölmələri ilə güvənli və yüksək standartlı xidmət göstərən çağdaş bir sağlamlıq mərkəzidir. Hal-hazırda bu özəl səhiyyə müəssisəsində direktor vəzifəsini invaziv, kardioloq Samir Abbasov daşıyır. Bir xatırlamanı yada salaq ki, bu şəxs əvvəllər hərbi hospitalda çalışmış, 44 günlük Vətən müharibəsi vaxtlarında isə neçə-neçə əsgər və zabitlərimizin həyata qaytarılmasında, onlara ən yüksək səviyyəti tibbi xidmətlərin göstərilməsində əvəzsiz rol oynamışdır. Bir sözlə, kardioloq Samir Abbasovun bu günə qədər olan fəaliyyəti daim hər kəs tərəfindən dəyərləndirilmiş və lazım olduğu qiymətini də almışdır.
MediStyle Hospitalının direktoru Dr. Samir Abbasov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Dr. Samir Abbasovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Dr. Samir Abbasov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Bu səhiyyə müəssisəsinə üz tutan xəstələrin öz sağlamlıqlarını bərpa etmələri onu söyləməyə əsas verir ki, həqiqətən də “Medistyle Hospital” ən etibarlı, ən güvənli səhiyyə müəssisələrindəndir.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, MediStyle Hospitalının direktoru Dr. Samir Abbasova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
“Medistyle Hospital”ın direktoru 23-25 avqust 2023-cü il tarixdə Amsterdam şəhərində keçirilən beynəlxalq səviyyəli tədbirdə iştirak edir və o, həmin tədbirdə ölkəmizi layiqincə də təmsil edir. Bəli, bütün bunlar onu göstərir ki, hal-hazırda bu şəxs həm ölkəmizin səhiyyə sahəsinin inkişaf etdirilməsində, həm də Azərbaycan adının dünyada daha yaxından tanıdılmasında çox böyük zəhməti olan kardioloq həkimlərimizdəndir.Bu səhiyyə müəssisəsinə üz tutan xəstələrin öz sağlamlıqlarını bərpa etmələri onu söyləməyə əsas verir ki, həqiqətən də “Medistyle Hospital” ən etibarlı, ən güvənli səhiyyə müəssisələrindəndir.