Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir

Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Namizəd İsmayılov - 2003-cü ildən başlayaraq Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında bir çox uğura imza atmış, sosial-iqtisadi inkişaf yolunda mühüm nəticələr əldə etmişdir. Bu dövrdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində ölkənin başlıca sosial-iqtisadi nailiyyətlərini aşağıdakı istiqamətlərdə qeyd etmək mümkündür:
- Bütün parametrlər üzrə “iqtisadi Azərbaycan” bir neçə dəfə böyümüşdür. Azərbaycan tarixində ilk dəfə olaraq məhz bu dövrdə “iqtisadi Azərbaycan” “coğrafi Azərbaycan”ın sərhədlərini ciddi şəkildə aşmağa başlamışdır.
Ümumiyyətlə, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və Prezidentimiz cənab İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının bu gün başlıca məqsədi müasir çağırışlar fonunda Azərbaycanın davamlı inkişafını təmin etməkdir.  Bilirsiniz ki, hər bir inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən neft gəlirlərindən səmərəli istifadə etməklə ölkədə iqtisadiyyatın şaxələndirilməsinə nail olmağı, ağırlıq mərkəzini tədricən neftdənkənar sahələrə yönəltməyi və beləliklə də, iqtisadi artımın qeyri-neft sektorunun hesabına baş verməsini qarşıya mühüm vəzifə kimi qoyaraq bu strateji hədəfə çatmaq üçün mühüm qərarlar qəbul edib.
Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb.  Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan ötən müddətdə ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Ölkədə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb. Ötən dövrdə neft gəlirləri hesabına ölkənin maliyyə imkanlarının genişlənməsi fonunda aktiv şəkildə əsas kapitala kifayət qədər irihəcmli investisiyalar yönəldilib. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində   ölkəmiz sosial və iqtisadi infrastruktur quruculuğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasında diqqətəlayiq uğurlara imza atıb.
- Azərbaycan iqtisadiyyatda keçid dövrünü uğurla başa vurmuşdur. İlham Əliyevin elə birinci prezidentliyi dövründə sürətləndirilən iqtisadi islahatlar və həyata keçirilən iqtisadi inkişaf proqramları nəticəsində ölkə 2009-cu ildə keçid dövrünü uğurla başa vurmuşdur. Bu, Prezidentin özünün də qeyd etdiyi kimi, məhz bazar iqtisadiyyatına sadiqliyin və inamın nəticəsində mümkün olmuşdur. 2003-cü ildə ölkədə ÜDM-in 73 faizi özəl sektor tərəfindən istehsal edilirdisə, indi bu rəqəm 80 faizi ötmüşdür.
Göründüyü kimi, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın iqtisadi inkişaf strategiyasının 2003-cü ildən sonra uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası həyata keçirilmiş, qeyri-neft sahələrinin və regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatları dəfələrlə artmış və ondan səmərəli istifadə təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi güclənmiş, təhsil və digər sosial sahələrin inkişafı davam etmiş və əhalinin rifahı davamlı olaraq yaxşılaşmışdır. Ötən dövr ərzində Azərbaycanın beynəlxalq əlaqələri mühüm dərəcədə genişlənmiş, beynəlxalq aləmdə nüfuzu güclənmiş və Cənubi Qafqazın lider dövləti kimi öz mövqeyini qoruyub saxlamışdır.
Azərbaycanda bundan sonra da həyata keçiriləcək iqtisadi islahatların məqsədi yüksək insan kapitalına və innovasiyalara əsaslanan dayanıqlı və rəqabətli Azərbaycan iqtisadiyyatının formalaşdırılmasıdır. Bu məqsəd Prezident İlham Əliyevin fikirlərində mükəmməl şəkildə öz əksini tapmışdır: “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o uğurların təməlində intellektual potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsil səviyyəsi dayanır. Gələcəkdə bu amillər daha da böyük rol oynayacaq. Çünki bu gün istər iqtisadi sahədə, sənaye istehsalının inkişafında, hər bir sahədə müasir texnologiyalar hər şeyi həll edir”.
“Böyük qayıdış”a hazırlıq prosesi çərçivəsində atılan növbəti mühüm addım bu ərazilərdə yeni idarəetmə institutunun - Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin yaradılmasıdır. Prezidentin 19 yanvar 2021-ci ildə imzaladığı  fərmanla yaradılan bu nümayəndəliklərə Prezidentin xüsusi nümayəndələri təyin edilmişdir. Bu nümayəndəliklərin işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsinə, bu hədəfə nail olunmasında dövlət qurumlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsinə, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasına xidmət etməsi nəzərdə tutulmuşdur.
Qarabağda iqtisadi strukturun yenidən qurulması heç şübhəsiz ki, ilk növbədə, regionun təbii və coğrafi resurslarına əsaslanır. Zəngin faydalı qazıntı yataqları, münbit torpaqlar, füsunkar təbiət və nisbətən əlverişli coğrafi mövqe bu bölgədə formalaşdırılacaq sənaye, kənd təsərrüfatı, turizm, nəqliyyat və digər xidmət sektorlarının da əsasını təşkil edəcəkdir.
Ancaq eyni zamanda müasir dövrün tələblərinə uyğun olaraq, bölgədə yeni iqtisadi fəaliyyət formalarının inkişaf etdirilməsinə də başlanılmışdır. Bu baxımdan bölgədə yaşıl enerji, orqanik kənd təsərrüfatı, kənd turizmi, konqres turizmi, aqrar turizm, səhiyyə turizmi, mədəniyyət turizmi, ali təhsil xidmətləri və s. inkişafı üçün yaxşı perspektivlər mövcuddur. Xüsusilə də bölgənin iqtisadiyyatına uyğun şəkildə yaradılacaq ali təhsil klasteri həm bölgənin inkişafına, həm də bütövlükdə Azərbaycanda regional ali təhsilin inkişafına öz töhfələrini verəcəkdir. 
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdir ki, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Bu bölgələrin potensialı və nəzərdə tutulan bərpa və yenidənqurma işləri həqiqətən də həmin ərazilərin cənnətə çevriləcəyini deməyə tam əsas verir. Bu, ilk növbədə, insanların sülh və əmin-amanlıq içində yaşadığı tam təhlükəsiz Qarabağ deməkdir. Azərbaycanla hərtərəfli bütövləşmiş, onun ayrılmaz bir parçası kimi daxili əmək bölgüsü sistemində öz layiqli yerini tutmuş Qarabağ deməkdir. İnkişaf etmiş sənayesi, kənd təsərrüfatı, turizmi, nəqliyyat-kommunikasiya sistemləri, enerji və innovasiya potensialı, insan kapitalı və sahibkarlar təbəqəsi ilə seçilən dayanıqlı və yüksək rəqabətli iqtisadi region deməkdir. Əminik ki, Prezidentin rəhbərliyi altında biz - dövlət və cəmiyyət olaraq mümkün qədər ən qısa müddətdə arzuladığımız Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirərək reallaşdıracaq və bununla da Azərbaycanın növbəti uğur hekayəsini yazmış olacağıq. 


Популярный ролик