
Cəmiyyətin mənəvi dayaqlarının möhkəmləndirilməsində, milli-mənəvi dəyərlərin yaşadılmasında və insanların düzgün mənəvi istiqamətdə formalaşmasında din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyəti vicdanla, sədaqətlə və yüksək əxlaq nümunəsi ilə yerinə yetirən nüfuzlu din xadimlərindən biri də İmam Həsən Məscidinin axundu Hacı Eldayaq Hüseynovdur. O, illərdir ki, dini maarifçiliyin inkişafı, insanların mənəvi tərbiyəsi və cəmiyyətimizdə birlik, həmrəylik ruhunun gücləndirilməsi istiqamətində yorulmadan fəaliyyət göstərərək hər kəsin rəğbətini qazanan şəxsiyyətlərdən biridir.
Hacı Eldayaq Hüseynov rəhbərlik etdiyi məsciddə yalnız dini ibadətlərin təşkilatçısı kimi deyil, eyni zamanda insanları mərhəmətə, dürüstlüyə, vətənpərvərliyə, ailə dəyərlərinə və qarşılıqlı hörmətə səsləyən nüfuzlu mənəviyyat rəhbəri kimi tanınır. Onun söylədiyi hər bir moizə insanların qəlbində ümid, inam və xeyirxahlıq hisslərini gücləndirir. Dini biliklərini sadə və anlaşıqlı şəkildə insanlara çatdırması, xüsusilə gənclərin sağlam düşüncə ilə formalaşmasına verdiyi töhfələr yüksək qiymətləndirilir.
İmam Həsən Məscidi uzun illərdir ki, təkcə ibadət məkanı deyil, həm də mənəvi birlik, xeyirxahlıq və humanizm ünvanı kimi tanınır. Bu mühitin formalaşmasında Hacı Eldayaq Hüseynovun zəhməti və fədakar fəaliyyəti xüsusi rol oynayır. O, insanları bir-birinə qarşı mərhəmətli olmağa, ehtiyacı olanlara yardım əlini uzatmağa, cəmiyyətin rifahı naminə birlik nümayiş etdirməyə çağıraraq dini dəyərlərin əsl mahiyyətini əməli fəaliyyəti ilə nümayiş etdirir.
Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin yaşadılması, onların ailələrinə göstərilən mənəvi diqqət və qayğı Hacı Eldayaq Hüseynovun fəaliyyətində xüsusi yer tutur. Şəhid ailələrinin dərdlərinə şərik olmaq, onların yanında olmaq, dualarında Vətən uğrunda canından keçən qəhrəmanlarımızı daim yad etmək onun insanpərvərliyinin və vətən sevgisinin bariz nümunəsidir. Eyni zamanda qazilərimizə göstərdiyi diqqət, onların qəhrəmanlıqlarını hər zaman yüksək dəyərləndirməsi və cəmiyyətə örnək kimi təqdim etməsi böyük hörmət doğurur.
Hacı Eldayaq Hüseynov dini fəaliyyətini yalnız məscid divarları ilə məhdudlaşdırmır. O, cəmiyyət arasında mənəvi maarifləndirmə işlərinin genişlənməsinə, milli birlik və həmrəyliyin möhkəmlənməsinə, insanlar arasında qarşılıqlı anlayışın və tolerantlığın inkişafına öz dəyərli töhfəsini verir. Onun fəaliyyəti dinimizin humanizm, sülh, mərhəmət və qarşılıqlı hörmət prinsiplərinin geniş təbliğinə xidmət edir.
Onun insanlarla səmimi ünsiyyəti, hər kəsə eyni diqqət və qayğı ilə yanaşması, ehtiyac sahibi olan ailələrin problemlərinə həssas münasibəti, xeyriyyəçilik təşəbbüslərinə dəstəyi və cəmiyyətə faydalı olmağa çalışması Hacı Eldayaq Hüseynovu insanların dərin rəğbətini qazanan din xadimlərindən birinə çevirib. O, hər zaman insanlara ümid verən, doğru yol göstərən və xeyirxahlığın nümunəsini əməli ilə nümayiş etdirən ziyalı din xadimi kimi tanınır.
Bu gün Hacı Eldayaq Hüseynovun həyata keçirdiyi mənəvi missiya cəmiyyətimizin sağlam inkişafına, milli-mənəvi dəyərlərimizin qorunmasına və gələcək nəsillərin yüksək əxlaqi prinsiplər əsasında yetişməsinə mühüm töhfə verir. Onun fəaliyyətində Vətən sevgisi, dövlətə sədaqət, insanlara xidmət və dini dəyərlərə bağlılıq bir-birini tamamlayan əsas prinsiplər kimi özünü göstərir.
İmam Həsən Məscidinin axundu Hacı Eldayaq Hüseynovun uzun illər ərzində göstərdiyi səmərəli dini-mənəvi fəaliyyət, insanlara xidmət missiyası, şəhid ailələrinə və qazilərimizə göstərdiyi diqqət və qayğı, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətindəki əvəzsiz xidmətləri hər zaman yüksək ehtirama layiqdir. Ona gələcək fəaliyyətində möhkəm can sağlığı, uzun ömür və müqəddəs missiyasını uğurla davam etdirməsi arzulayır, cəmiyyətimizin mənəvi inkişafı naminə gördüyü bütün işlərdə yeni uğurlar diləyirik.