Rasim Nəbiyev – Zəhmətlə Qurulan Uğur Yolunun Simvolu

Rasim Nəbiyev – Zəhmətlə Qurulan Uğur Yolunun Simvolu


Azərbaycanın real sektorunda uzun illərdir öz dəsti-xətti ilə seçilən nüfuzlu iş adamlarından biri də “Sərham” MMC-nin, Bakıxanov Çörək Zavodunun baş direktoru və “Möcüzə” marketlər şəbəkəsinin qurucusu Rasim Nəbiyevdir. Onun fəaliyyətini təsadüf və ya sadəcə biznes uğuru kimi dəyərləndirmək sadəlövhlük olardı. Çünki bu uğurun əsasını intizam, zəhmət, dürüstlük və ən əsası, xalqına xidmət etmə fəlsəfəsi təşkil edir. O, fəaliyyət göstərdiyi sahəni yalnız ticarət obyekti kimi deyil, minlərlə insanın gündəlik ehtiyacını təmin edən strateji məsuliyyət kimi dəyərləndirir. Məhz bu düşüncə tərzi sayəsində rəhbərlik etdiyi hər bir layihə etibarlılıq və keyfiyyət anlayışı ilə assosiasiya olunur.

Bakıxanov Çörək Zavodu illərdir ki, Bakının ən böyük çörək istehsal mərkəzlərindən biri kimi tanınır. Lakin zavodun bu gün gördüyümüz müasir siması – yüksək texnologiyalı avadanlıqlar, sanitar-gigiyenik standartlara tam cavab verən istehsal xətləri, çeşid bolluğu və düzgün logistika sistemi – məhz Rasim Nəbiyevin idarəçiliyi nəticəsində formalaşıb. Çörək sadəcə məhsul deyil, güvəndir. İnsan səhər oyanıb rahat şəkildə mağazadan aldığı çörəyi ailəsinin süfrəsinə qoyursa, deməli o çörəyi istehsal edən şəxs də həmin ailənin etimadını qazanmış insandır. Bu gün minlərlə ailə bu etimadı Rasim Nəbiyevin rəhbərlik etdiyi müəssisəyə bəsləyir.

“Sərham” MMC və “Möcüzə” marketlər şəbəkəsi yalnız satış strukturu deyil, həm də xidmət mədəniyyətinin məktəbidir. Burada alıcıya münasibət, məhsul çeşidlərinin düzgün seçimi, qiymət siyasətinin sosial balansı xüsusi diqqətlə tənzimlənir. Rasim müəllim özü də tez-tez mağazaları ziyarət edir, sadə vətəndaşlarla söhbət edir, onların rəylərini dinləyir. Hətta elə vaxtlar olur ki, alıcı bilmədən məhz onunla danışır və sadəcə bir müştəri kimi problemlərini dilə gətirir. Bu, sadəcə idarəçilik deyil – real həyatı hiss etmək qabiliyyətidir.

Ən təqdirəlayiq məqamlardan biri odur ki, Rasim Nəbiyev sahib olduğu imkanları şəxsi maraqları üçün deyil, cəmiyyətə xeyir gətirmək üçün istifadə edir. Şəhid ailələrinə xüsusi diqqəti, qazilərə və aztəminatlı ailələrə göstərdiyi maddi və mənəvi dəstək, bayramlarda keçirilən sosial aksiyalar, müxtəlif humanitar təşəbbüslər onun geniş ürək sahibi olduğunu göstərir. O, heç vaxt bu yardımların reklam olunmasını tələb etmir, çünki etdiyi işləri şou və ya piar üçün yox, vicdan borcu kimi görür.

Bu gün Azərbaycanın iş dünyasına belə rəhbərlər lazımdır – yalnız sərmayə qoyan yox, həm də dəyər yaradan insanlar. Rasim Nəbiyev kimi sahibkarlar sübut edirlər ki, uğurlu olmaq üçün bir şərt kifayətdir: xalqın sevgisini qazanan biznes – ən böyük sərmayədir.

Популярный ролик