Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılov vəzifəsini şərəflə yerinə yetirir

  • 03.05.2024, 15:31,
  • ---


Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılovun indiyə kimi əldə etdiyi uğurlar təkcə onun deyil, bütövlükdə xalqımızın, dövlətimizin uğurları hesab olunur. Faktdır ki, bu günün özü də bir tarixdir. Ona görə də hər bir vəzifə sahibi, iş adamı, yaxud da digər peşə sahibi olan hər kəs öz xalqı, dövləti üçün vicdanla, ləyaqətlə çalışarsa, özündə cəmləşdirdiyi potensialını bu yöndə səfərbər edərsə, deməli o halda həmin şəxsin adı bugünkü tariximizə yazılacaq. Hətta, illər keçsə də, həmin şəxs lazım olduğu qiymətini alacaq və doğma xalqının sevgi hissini qazanmağı da bacaracaq. Faktdır ki, Nizami Mayılov da atdığı addımlarına görə belə şəxslərdən biri hesab olunur. Ümumiyyətlə, bu şəxsin ləyaqətli vətəndaş mövqeyi bu gün olduğu kimi, gələcəkdə də xalqı tərəfindən lazımınca dəyərləndiriləcək. Bütün bunlar gəlişi xoş sözlər deyil, əsl həqiqətlərdir.

Qış parkında cari təmir işlərinə başlanılıb


Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq–quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etdirilir. Belə ki, rayon ərazisində əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklarda, abad həyətlərdə əsaslı və cari təmir işləri aparılır.
Belə ki, rayon ərazisində yerləşən qış  parkında istismar müddəti başa çatmış və yararsız vəziyyətdə olan tamet daşlarının, oturacaqların eyni zamanda işıqlandırma sisteminin və yaşıllıqların bərpası işlərinə  başlanılmışdır. Qeyd edək ki, parkda yararsız vəziyyətdə olan kiçik tutumlu tullantı qabları da yeniləri ilə əvəz olunacaq. Bu istiqamətdə işlər davam etdirilir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında  abadlıq, quruculuq və təmir işləri davam etdirilir.










Rayon ərazisində binaların fasad hissələrində cari təmir işləri davam etdirilir


Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması və əsaslı təmiri işləri davam etdirilir.
Aparılan  abadlıq və cari təmir  işləri zamanı Nəsimi rayonu ərazisində mərkəzi küçə və prospektlərdə şəhərin ümumi görünüşünə xələl gətirən hasarlarda, istinad divarlarında cari təmir  və boyanma işləri aparılır.
Qeyd edək ki, Nəsimi rayonu Azadlıq prospekti, Rəşid Behbudov, Səməd Vurğun və Cəlil Məmmədquluzadə küçələrində şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış və qeyri-yaşayış obyektlərinin fasadlarında cari təmir işləri davam etdirilir.
Eyni zamanda obyektlərin üzərinə primitiv formada quraşdırılmış reklam lövhələri də  çıxarılaraq fasadlarda təmir bərpa işləri aparılır, o cümlədən ekoloji cəhətdən standartlara və normativlərə cavab verməyən üzlük materiallar sökülərək yeniləri ilə əvəz olunur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında  abadlıq, quruculuq və təmir - bərpa işləri davam etdirilir.













Популярный ролик